Выбор языка:

8(845-45)4-13-11 | e-mail: info@bkhp.ru

Müəssisə haqqında

“Semyonov və Bezborodov Dəyirmanı”

“Balaşov çörək məhsulları kombinatı” ASC – tarixi yüz ildən çox olan müasir unüyütmə müəssisəsidir. Zavodun ən böyük bölmələri - 5 və 6 saylı dəyirmanlar 1896-cı və 1903-cü illərdə böyük tacirlər Y. Bezborodov, A. Semyonov, İ. Pıxtunov, I. İvanov və başqaları tərəfindən tikilmişdir.

Bugünkü gün "Balaşov çörək məhsulları kombinatı " sərt və yumşaq buğda sortları və çovdar istehsal edən çoxprofilli bir müəssisədir. Kombinat əla, birinci və ikinci sort çörəkçilik buğda unu, əla və ikinci sort bərk buğda sortundan makaron unu, "T" markalı manna yarması, qabıqlı çovdar unu istehsal olunur.

5 saylı dəyirmanın gündəlik məhsuldarlığı 270 ton taxıl təşkil edir. Burda əla və ikinci sort makaron ununu ümumi hasilatı 75 % olmaqla, o cümlədən əla sort - 55 %, ikinci sort – 20 % istehsal edirlər. 6 saylı dəyirmanın gündəlik məhsuldarlığı 200 ton taxıl təşkil edir, çörəkçilik ununun ümumi hasilatı 75%, o cümlədən əla sort - 47 %, birinci sort – 15 %, ikinci sort – 13 % olmaqla.

Müəssisənin fəaliyyətindəki daha bir istiqamət - çörəkçilik məmulatların istehsalıdır. Çörəkxananın gücü gündə 5 ton məhsul təşkil edir. Hər gün şəhərin piştaxtalarına 15 növə qədər yüksək keyfiyyətli və tələbat duyulan məmulatlar daxil olur.

"Balkomçörəkməhsul" ASC inkişaf etmiş infrastruktura malikdir. “Büler” firmanın lisenziyası ilə istehsal olunmuş yüksək məhsuldar avadanlıqlarda işləyən iki un dəyirmandan başqa müəssisədə 26 min ton tutumlu taxıl anbarı, 5 min tonadək hazır məhsul anbarı, 6 min ton tutumlu taxıl anbarları, təmir sexi, və qazanxana, elektrik mühərriklərinin statorunu yenidən sarıma sexi, yanacaq aparaturasının təmir sexi, kombinatın işçiləri üçün xüsusi paltarı tikmək üzrə tikiş sahəsi, həmçinin daxil olan xammalın və son məhsulun keyfiyyətinə dəqiq nəzarət etməyə imkan verən geniş və müasir laboratoriya vardır.

Keyfiyyət

  • Yalnız ənənəvi üsulla un istehsalı. GMO, ağardıcı və ya yaxşılaşdırıcı istifadə etmədən.
  • Şəxsi laboratoriyası xammalın daxil olmasına və istehsal olunan məhsulların ən yüksək keyfiyyətinə zəmanət verir.
  • Bizim üçün istehsalın davamlı modernləşdirilməsi - yalnız dövrün tələbi deyil, ilk növbədə ən yüksək keyfiyyətli məhsul istehsal etmək istəyidir.
 
 

İstehsal qüvvələri

  • 2017-ci il üçün texniki yenidən təchizat proqramı çərçivəsində məhsuldarlığın ayda 6000 ton buğdanın 9000 min tonadək artırılması planlaşdırılır.
  • Qablaşdırma xəttinin məhsuldarlığı gündə 100 ton un və ya 2 kq-lıq 50 000 paketdir. Avadanlığın yüksək məhsuldarlığı, hətta ən böyük ticarət şəbəkələri üçün fasiləsiz tədarükə zəmanət verir.

Logistika

  • Şəxsi avtomobil parkının olması və qabaqcıl nəqliyyat şirkətləri ilə iş vaxtında çatdırılmanı təmin edir.
  • Şəxsi dəmir yolu ucqar regionlara çatdırılma qiymətini xeyli azaldır.
  • 2015-ci ildən 2016-cı ilədək, qüsursuz logistika sayəsində mövcudluq coğrafiyası 5-dən 27 regiona qədər genişləndi.